Menu

ABŞ-ın müdafiə naziri İraqa elan olunmamış səfərə gəlib

22.08.2017, 12:39
ABŞ-ın müdafiə naziri İraqa elan olunmamış səfərə gəlib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Ceyms Mettis İraqa qəfil (elan olunmamış) səfərə gəlib.

«Röyter» agentliyinin məlumatına görə, Mettis bu ölkənin rəhbərləri ilə radikal islamçılarla qarşı gələcək mübarizəni müzakirə etməlidir.

Bundan əvvəl xəbər verilmişdi ki, İraq ordusu Təll-Əfərə hücum əməliyyatına başlayıb. Təll-Əfər «İslam dövləti» qruplaşmasının nəzarəti altında olan sonuncu İraq şəhəridir.

Ötən ayın əvvəlində isə İraq hakimiyyəti Mosulda «İslam dövləti» üzərində qələbə çaldığını elan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol