Menu

NATO-nun Baş katibi ABŞ-ın yeni Əfqanıstan strategiyasını bəyənib

22.08.2017, 16:17
NATO-nun Baş katibi ABŞ-ın yeni Əfqanıstan strategiyasını bəyənib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Amerika Birləşmiş Ştatlarının (ABŞ) Əfqanıstan üzrə yeni hərbi strategiyasını bəyənib.

Bu barədə Şimali Atalantika Alyansının saytında xəbər verilir.

Stoltenberq qeyd edib ki, NATO-nun gələcək fəaliyyətinin ABŞ müdafiə naziri Ceyms Mettislə və alyansın digər müttəfiqləri ilə müzakirə olunacağını səbirsizliklə gözləyir.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Prezidenti Donald Tramp Əfqanıstana əlavə olaraq daha 4 min əsgərin göndərilməsi barədə əmr imzalayıb.

Hazırda NATO-nun Əfqanıstandakı hərbi kontingenti 12 min əsgəri əhatə edir. Stoltenberqin sözlərinə görə, ABŞ-dan savayı daha 15 ölkə Əfqanıstana öz hərbçisini göndərməyə hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol