Menu

Azərbaycan hərbçisi minaya düşüb

23.06.2014, 10:21
Azərbaycan hərbçisi minaya düşüb

Azərbaycan Ordusunun hərbçisi minaya düşüb. APA-nın məlumatına görə, hadisə cəbhənin Qazax istiqamətində qeydə alınıb.

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, kiçik çavuş Orxan İlqar oğlu Hacıyev mina partlaması nəticəsində xəsarət alıb.

Yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol