Menu

SOCAR-ın 100 min manat mənimsəyən əməkdaşı məhkəmə qarşısında

23.08.2017, 14:25
SOCAR-ın 100 min manat mənimsəyən əməkdaşı məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Elvin Babayev ifadəsində deyib ki, zərərçəkmiş Famil Şükürov ilə dost olub: "Famil Şükürov məndən borc pul istədi. Dedi ki, SOCAR-a işə düzəlmək üçün lazım olduğunu dedi. Mən də ona hissə-hissə 4 min manat pul verdim. 4 aydan sonra Famildən pulumu tələb edəndə, dedi ki, işi hələ alınmayıb. Sonra da məlum oldu ki, onun tanışını tutublar".

Proses avqustun 30-da davam etdiriləcək.

Qeyd edək ki, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı olub. O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol