Rusiya Azərbaycan da daxil olmaqla Avrasiya İttifaqına və Gömrük İttifaqına qoşulmayan MDB ölkələrinin vətəndaşları üçün gediş-gəliş rejiminə yenidən baxılması üçün danışıqlar aparır.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, artıq baş nazir Dmitri Medvedyev Tacikistan vətəndaşları yeni gediş-gəliş rejiminin tətbiqinə dair sərəncam imzalayıb.
Sərəncama əsasən Tacikistan vətəndaşları 2015-ci il, yanvarın 1-dən etibarən Rusiyaya ancaq xarici pasportla buraxılacaq.
Həmçinin Tacikistan vətəndaşları Rusiya ərazisindən keçib gedərkən də xarici pasport təqdim etməli olacaqlar. Bununla da Rusiya ilə Tacikistan arasında qarşılıqlı gediş-gəliş barədə 2005-ci ildə imzalanmış sənəd qüvvəsini itirib.
Bildirilir ki, Rusiya hökumətinə MDB-yə daxil olan,ancaq Gömrük İttifaqının üzvü olmayan ölkələr-Azərbaycan, Ermənistan, Qırğızıstan, Moldova, Türkmənistan və Özbəkistan vətəndaşlarının da gediş-gəliş qaydalarının dəyişdirilməsinə dair danışıqlar aparmaq göstərişi verilib.
Bu ölkələrin vətəndaşları üçün də Rusiyaya daxil olmaq üçün xarici pasport təqdim etmək məcburi olacaq.


Şərhlər