Menu

"Sevinirik ki, Azərbaycanı sevindirə bildik" - Qurban Qurbanov

24.08.2017, 10:14
"Sevinirik ki, Azərbaycanı sevindirə bildik" - Qurban Qurbanov

"Sevinirik ki, Azərbaycanı sevindirə bildik".

Trend-in məlumatına görə, bunu "Kopenhagen" - "Qarabağ" oyunundan sonra Ağdam təmsilçisinin baş məqşçisi Qurban Qurbanov deyib.

Baş məşqçi qeyd edib: "Bütün Azərbaycan xalqını, azarkeşlərimizi, hər kəsi təbrik edirəm. Sevinirik ki, ölkəmizi sevindirə bildik".

Q.Qurbanov bildirib ki, belə turnirlərdə çıxış etmək futbolumuz üçün çox önəmlidir: "Belə turnirin qrup mərhələsində oynamaq həm bizim, həm də ölkəmiz üçün faydalı olacaq”.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Kopenhagen" komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılan minimal qələbə sayəsində Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol