Menu

Çində nəhəng qaz yatağı kəşf olunub

24.08.2017, 15:54
Çində nəhəng qaz yatağı kəşf olunub

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çinin şimal bölgəsindəki Şansi əyalətində nəhəng qaz yatağı kəşf olunub. Yatağın qaz ehtiyatı 545,6 milyard kubmetr həcmində dəyərləndirilir.

Daş kömür ehtiyatlarına görə, Şansi əyaləti Çində ikinci yeri tutur. 2006-cı ildə Yuyşe, Tszotsan və Useyan uyezdləri ilə həmsərhəd olan bu rayonda böyük kömür yatağı aşkarlanıb. Sonrakı kəşfiyyat işləri köstərib ki, ərazidə həm də böyük qaz ehtiyatları var.

Torpaq və təbii ehtiyatların idarə olunması üzrə əyalət idarəsi başçısının müavini Çjou Tszipen bəyan edib ki, 2015-ci ildə kəşfiyyat işləri başlanandan sonra, mütəxəssislər bu fikirə gəliblər ki, kömür qatlarının qaz ehtiyatları 241,5 milyard kubmetr, slans qazının həcmi isə 304,1 milyard kubmetr təşkil edir.

Əyalət hakimiyyəti qaz kəşfiyyatı işlərini sürətləndirir və eyni vaxtda ətraf mühitin çirklənməsini aşağı salmaq məqsədilə istehsalı azaldır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol