Suriya, İraq və Liviyanın qaçqın ərəbləri isə acından qırılır…
«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, 81 yaşlı Səudiyyə kralı Salman ibn Əbdül-Əziz Əl Səud istirahət etmək üçün özünün sevimli yeri olan Morokkonun Tanjer şəhərinə gəlib - 1000 nəfərdən ibarət başının dəstəsi ilə birlikdə.
Onların hamısı ən dəbdəbəli otellərdə yerləşdirilib. Kralın özü isə ərazisi 30 hektar olan yay sarayında qalıb (dünyanın müxtəlif guşələrində onun çoxsaylı yay sarayları var ). Sarayın ərazisində - dəniz kənarında dəbdəbəli restoranlar fəaliyyət göstərir. Salmanın bir aylıq istirahəti üçün buraya 200 avtomobil cəlb olunub.
İl ərzində kralın yay sarayı ciddi-cəhdlə restavrasiya olunub, həm də orada vertolyot meydançası tikilib. Morokkodan verilən məlumata görə, kralın bu gəzintisi ölkənin turizmdən əldə olunun gəlirlərinin 1,5 faizini təşkil edib.
Salman Marokkoya gələndə onu ölkənin Baş naziri Səəd Əddin Əl Otmani şəxsən qarşılayıb.
İbrətamizdir - Səudiyyə kralı 1 aylıq istirahətinə 100 milyon dollar vəsait xərclədiyi bir vaxtda, Avropaya səpələnmiş qaçqın ərəblər sözün gerçək mənasında, aclıqdan qırılır! Yüz milyonu bu zavallılara xərcləmək olmazdığı?...


Şərhlər