«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, ötən gecə Odessa şəhərində naməlum şəxslər tərəfindən İkinci dünya müharibəsinin əfsanəvi qəhrəmanı, Sovet İttifaqı marşalı Georgi Jukovun büstü dağıdılıb.
«İnterfaks» agentliyinin məlumatına görə, bu barədə yerli polis xəbər verib.
Bu olay Odessada artıq birincisi deyil. May ayında naməlum şəxslər marşalın abidəsini korlayıblar, iyunda isə onun xatirəsinə həsr olunmuş memorial lövhə sökülüb.


Şərhlər