Ukraynanın paytaxtı Kiyevdə, Nazirlər Kabineti binasının yaxınlığında partlayış baş verib.
Virtualaz.org Ukrayna KİV-ə istinadən bildirir ki, hadisə yerinə Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub.
İnsident şahidlərinin sözlərinə görə, partlayış nəticəsində ən azı iki nəfər ağır dərəcəli xəsarət alıb.
Polis partlayışın baş vermə səbəblərini araşdırır.



Şərhlər