«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı ölkələri bir müddət əvvəl tətbiq etdikləri gücləndirilmiş sərhəd nəzarəti rejimindən imtina ediblər.
Avropa komissiyasının nümayəndəsi Tove Ernst bəyan edib ki, Avropa İttifaqının 5 ölkəsi qeyri-leqal miqrasiya ilə mübarizə məqsədilə Şengen zonası daxilində sərhədlərdə fövqəladə nəzarət tədbirlərinin müddətinin daha 6 ay uzadılmaması barədə qərar qəbul ediblər.
Onun sözlərinə görə, söhbət Avstriya, Almaniya, Danimarka, İsveç və Norveçdən gedir.
«Bu, uzadılmanın yekun müddətidir» - deyə, Ernst bəyan edib.
Nəzarətin müddətinin uzadılması barədə razılıq bu ölkələrə aprel ayında Avropa İttifaqı icra kollegiyası tərəfindən verilib. Bununla birlikdə, onlara tövsiyyə olunub ki, 2015-ci ildə tətbiq olunmuş müvəqqəti nəzarəti 6 ay ərzində tədricən aradan qaldırsınlar.
Müvəqqəti gücləndirilmiş nəzarətin tətbiqi Avropaya görünməmiş miqrant axını ilə bağlı idi.


Şərhlər