Menu

NATO-nun baş katibi Polşada yol qəzasına düşüb

25.08.2017, 00:11

Jens-StoltenbergNATO-nun baş katibi Yens Stoltenberq Varşavada avtomobil qəzasına düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Polşa polisi məlumat yayıb.

Yol qəzasında Hökumətin Mühafizə Bürosunun (HMB) maşın karvanı iştirak edib. Qeyri-rəsmi məlumatlara görə, Stoltenberq onlardan birində olub.

Qəza zamanı ikisi polis əməkdaşı olmaqla 4 nəfərin xəsarət aldığı məlumdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol