Menu

Tramp komitə sədrini dilə tutmağa çalışıb - Anti-Rusiya sanksiyaları ilə bağlı

25.08.2017, 10:12
Tramp komitə sədrini dilə tutmağa çalışıb - Anti-Rusiya sanksiyaları ilə bağlı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp anti-Rusiya sanksiyalarını nəzərdə tutan qanun layihəsini qəbul etməmək xahişi ilə şəxsən Senatın beynəlxalq münasibətlər komitəsinin sədri Bob Korkeri dilə tutub.

Üç məlumatlı mənbəyə istinadla, bu xəbəri «Politico» nəşri yayıb.

Ağ Evin başçısı fikirini belə izah edib ki, sənədin qəbulu «prezident postunda onun fəaliyyətinə ciddi əngəl» ola bilər. Korker cavab verib ki, istənilən halda Konqresin hər iki palatası sanksiyaların lehinə səs verəcək. Tramp bundan xeyli məyus olub.

Prezident bu mövzunu digər konqresmenlərlə, o cümlədən, Mitç Makkonnel ilə də müzakirə edib. Nəşr yazır ki, bu epizodda da Prezident həmsöhbətinin razılığını ala bilməyib.

Ağ Evin nümayəndəsi Lindsey Uolters Trampın Konqres üzvləri ilə təmaslarını şərh etməkdən yayınıb.

Məlumat üçün bildirək ki, anti-Rusiya sanksiyaları avqustun 2-də Konqres üzvlərinin böyük əksəriyyəti tərəfindən qəbul olunub. Tramp sənədi imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol