Menu

Qazaxıstanda təyyarə qəzaya düşüb

25.08.2017, 14:12
Qazaxıstanda təyyarə qəzaya düşüb

Qazaxıstanın Alma-Atı vilayətində "МAULE М-7-260С" təyyarəsi qəzaya uğrayıb.

Trend bu barədə Qazaxıstanın mülki aviasiya komitəsinə istinadən xəbər verir.

Yüngül mühərrikli təyyarənin göyərtəsində iki nəfər olub. Məlumata görə, pilot ölüb, sərnişin xəsarət alıb.

Hadisə yerinə Qazaxıstan FHN-nin əməkdaşları cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol