Menu

Daha bir intihar Lənkəranda

25.08.2017, 19:13
Daha bir intihar Lənkəranda

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, rayon sakini Pərviz Səfərov kirayə qaldığı mənzildə özünü asıb.

Mənzildən məktub da tapılıb. O, məktubunda heç kimin günahkar olmadığını və yaşamaqdan bezdiyi üçün intihar etdiyini yazıb.

P.Səfərovun Bakıda gəmilərin birində kapitan köməkçisi işlədiyi və subay olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol