Neymarı 222 milyon avroya PSJ-yə satan “Barselona”, onun boşluğunu Usman Dembele ilə dolduracaq.
“Qafqazinfo” xəbər verir ki, Kataloniya təmsilçisi “Borussiya Dortmund”un 20 yaşlı hücumçusunu 105 milyon avroya transfer edib.
Yaxın günlərdə Dembele ilə 5 illik müqavilə imzalanacaq.
“Barselona” klubu gənc futbolçunun müqaviləsinə xüsusi maddə də qoyub. Belə ki, Dembeleni 5 il ərzində başqa klub transfer etmək istəsə 400 milyon avro təzminat ödəməli olacaq.
Qeyd edək ki, Usman Dembele 2016-cı ildə 15 milyon avro qarşılığında “Renn”dən “Borussiya Dortmund”a keçmişdi.


Şərhlər