«Biz, heç vaxt Krımın ilhaqını tanımayacağıq»
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departameninin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker «Pryamiy» telekanalına müsahibəsində bəyan edib ki, indiki durumda Ukrayna NATO-ya daxil olmağa hazır olmadığı kimi, Şimali Atlantika Alyansı da onu öz sıralarına qəbul etməyə hazır deyil.
«Mənim Ukraynaya böyük hörmətin var, amma hələlik Ukraynanın NATO-ya üzv olmaq imkanlarını, NATO-nun isə mövcud durumda Ukraynanı qəbul etməyə hazır olduğunu görmürəm. Rusiyayönlü ordunun Ukraynanın cənubunda yerləşməsinə baxmayaraq, özəlliklə, Ukrayna hələlik NATO-ya təhlükəsiz birləşməyə hazır deyil» - deyə, Volker bəyan edib.
O, həm də qeyd edib ki, Xorvatiyada, Albaniyada və Çernoqoriyada işləyib və bu ölkələr son nəticədə NATO-nun üzvü olublar və ümid etdiyini bildirib ki, Ukrayna da gec-tez, NATO standarlarına yaxınlaşa biləcək. Məsələn, təhlükəsizlik və müdafiə sferasında islahatlar aparacaq, iqtisadiyyatını qaldıracaq, korrupsiyaya qalib gələcək və qonşu ölkələrlə münasibət quracaq.
«Korrupsiya - elə bir sehrli nəsnə deyil ki, sadəcə yox olub getsin. O, ölkə üçün uzun və yorucu bir prosesdir. Ukraynada korrupsiya - həmin sehrli nəsnədir ki, sadəcə yox olası deyil» - deyə, Volker qeyd edib.
ABŞ-ın xüsusi nümayəndəsi onu da bəyan edib ki, korrupsiyaya qalib gəlmək barədə qərarı ABŞ Dövlət Departamenti yox, ukraynalılar və Ukrayna biznesi qəbul etməlidirlər.
Volker Krımın ilhaqı məmələsinə də toxunub: «Biz, heç vaxt Krımın ilhaqını tanımayacağıq. Avropa İttifaqı Krımın ilhaqını tanımayacaq. Bunu necə etməyin variantları yoxdur. Krım və Donbasa yönəlik bizim mövqeyimiz bir-birinə çox oxşayır…».


Şərhlər