Menu

Pentaqon Şimali Koreyanın 3 raket atışını qeydə alıb

26.08.2017, 15:13
Pentaqon Şimali Koreyanın 3 raket atışını qeydə alıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Pentaqon Koreya Xalq Demokratik Respublikasının (KXDR) Yapon dənizi istiqamətinə 3 raket atışını qeydə alıb.

Ehtimal olunur ki, raketlər KXDR-nın keçirdiyi hərbi təlimlər çərçivəsinə atılıb.

Pentaqonun iddiasına görə, atılan yaxın mənzilli raketlərdən biri praktiki olaraq dərhal partlayıb, digər ikisi isə uçuş zamanı sıradan çıxıb.

İdarədən onu da bəyan ediblər ki, raketlər Amerika Birləşmiş Ştatları (ABŞ) və Quam adası üçün heç bir təhlükə yaratmayıb. Ağ evin administrasiyası artıq baş verənlər barədə məlumatlandırılıb.

Şimali Koreya hərbçiləri bandan əvvəl bildirmişdilər ki, KXDR-n ballistik raketləri 250 kilometrə yaxın uçuş edir.

Bu arada Yaponiyanın «Kiodo» agentliyi hökumətə istinadla xəbər verib ki, raket atışları hərbi təlimlər çərçivəsində baş verib. Bu versiyanı Şimali Koreyanın «TSTAK» agentliyinin yaydığı bir xəbərlə bağlayırlar. Xəbərdə bildirilirdi ki, KXDR-n lideri Kim Çen In iki Cənubi Koreya adasının ələ keçirilməsi əməliyyatını məşq etmək əmri verib.

Agentliklərin məlumatına görə, ölkənin xüsusi təyinatlıları hücum imtiasiyası çərçivəsində əvvəlcə döyüş təyyarələri ilə zərbə endiriblər, ardınca raket və özüyeriyən haubitsa qurğularından reaktiv mərmilərlə atəş açıblar, sonra isə desant şərti adanı öz nəzarəti altına alıb.

Təlimlərdən sonra Kim Çen In deyib ki, ordu düşünməlidir – necə etmək lazımdır ki, bir həmlə ilə Seulu götürmək və Koreyanın cənubunu ram etmək mümkün olsun.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol