Menu

İŞİD-dən azad edilən şəhərdə İraq bayrağı qaldırıldı

26.08.2017, 15:23
İŞİD-dən azad edilən şəhərdə İraq bayrağı qaldırıldı

İraqın Təlafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatı davam edir.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, döyüşlər nəticəsində şəhərin əksər hissəsi terrorçulardan təmizlənib. Strateji məntəqə olan Təlafər qalası da terrorçulardan azad edilib və qalaya İraq bayrağı asılıb.

Əməliyyata rəhbərlik edən general-leytenant Abduləmir Yarullah qala ilə yanaşı, Təlafər bağlarının da terrorçulardan təmizləndiyini açıqlayıb.

Suriya ilə sərhəddə yerləşən Təlafər İŞİD-in İraqda sonuncu əsas dayağı sayılır. Şəhərin azad edilməsi üçün əməliyyatlara avqustun 20-də başlanılıb.

Hərbçilər Qurban bayramına - sentyabrın 1-dək Təlafəri terrorçulardan tam təmizləməyi planlaşdırırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol