Menu

Suda boğulan uşaqlardan birinin meyiti tapılıb

26.08.2017, 15:36
Suda boğulan uşaqlardan birinin meyiti tapılıb

Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində suda boğulan uşaqlardan birinin meyiti tapılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, bu gün səhər saatlarında Bərdə rayonunun Bəcirəvan kənd sakini Abdullayev Akif Şahmalı oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobili Qarabağ su kanalına aşırıb.

Onun özü sudan çıxıb. Qardaşının avtomobildə olan azyaşlı nəvələri Əsədov Asif Qulu oğlu və Əsədov Mirələm Qulu oğlu isə suda boğulub.

Uşaqlardan birinin meyiti hadisənin baş verdiyi ərazidən təxminən 10 km aralıda-Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. Digər uşağın axtarışları davam etdirilir.

Kanala düşən avtomobilin yerini isə müəyyənləşdirmək hələlik mümkün olmayıb.

FHN-in əməkdaşları axtarışları davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol