Son vaxtlar Azərbaycandakı biznesi ciddi təhlükədə olan «Hafka» ləqəbli tanınmış iş adamı Hafiz Məmmədov növbəti zərbəni alıb.
Biznes dairələrinə yaxın olan etibarlı mənbədən Azinform.az-a verilən məlumatda bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədovun biznes imperiyasına daxil olan və onun ortağı, “Hafka” kimi tanınan iş adamının birbaşa idarəçiliyində olan “Bahar Enerji Əməliyyat Şirkəti”ndə bu gün yekun təhvil-təslim prosesi aparılıb.
Bu gəlirli şirkətin Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin nəzarətinə keçdiyi deyilir. «Hafka»nın əslən iranlı olan Əmir adlı müavininin də şirkətlə birdəfəlik vidalaşdığı bildirilir.

Şərhlər