Menu

Azərbaycan neftinin SON QİYMƏTİ

27.08.2017, 10:35
Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 25-də 53,85 dollar/barel təşkil edib ki, bu da ötən cümə axşamına olan göstəricidən 0,03 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 25-də 53,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,04 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 25-də 50,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 25-də 52,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,17 dollar/barel çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol