Deputat Əli Məsimli də facebook sosial şəbəksində son zamanlar yayılan viruslardan birinin qurbanı olub.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə deputat özü facebook səhifəsində məlumat yayıb. “Feysbuk səhifəmə güclü hücum var. Mən bu işdə həmin təxribat xarakterli yazıları mənə göndərən ünvanlardakı dostlarımı qınamıram, məsələ onlarlıq deyil. Deyəsən, çıxışlarımda yenə də kimlərinsə “quyruğunu çox bərk tapdalamışam””- deyə deputat yazıb. Xatırladaq ki, deputatın “təxribat” adlandırdığı viruslar sosial şəbə istifadəçilərinin hamısına göndərilir. Belə ki, facebook istifadəçilərindən kiməsə virus şəklində link gələrsə və həmin istifadəçi də həmin linki açarsa, avtomatik olaraq onun adından dostluğunda olan hər kəsə virus göndərilir. Viruslar “rezil olmuşsun”, “senin de videonu yapmışlar”, “senin için video yapmışlar lan” kimi adlarla göndərilir. Deputata da həmin viruslardan göndərilib. Lakin o bunun “təxribat” olduğunu düşünüb. Ən maraqlısı isə odur ki, Ə.Məsimli "sərt çıxışı"nda nələrdən danışdığını və kimlərin "quyruğunu tapdaladığını" açıqlamayıb...


Şərhlər