Menu

Şəmkirdə yol qəzasında xəstəxananın laborantı öldü

28.08.2017, 09:48
Şəmkirdə yol qəzasında xəstəxananın laborantı öldü

Şəmkir rayonunda yol qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində "NAZ Lifan" markalı avtomobillə "Mercedes" markalı maşın toqquşub.

Nəticədə "NAZ Lifan"ın sərnişini, 1964-cü il təvəllüdlü Aslanova Bəsti Qüdrət qızı hadisə yerində ölüb, avtomobildə olan daha bir sərnişin müxtəlif bədən xəsarətləri ilə

xəstəxanaya çatdırılıb.

Ölən qadın Şəmkir Mərkəzi Rayon Xəstəxanasının laborantı olub.

Polisdən bildirilib ki, ilkin məlumata görə, qəza "Naz Lifan"ın sürücü Arzuman Allahverdiyevin günahı ucbatından baş verib.

A. Allahverdiyev bundan əvvəl də yol-hərəkəti qaydalarını dəfələrlə pozduğuna görə cəzalandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol