Menu

Allahşükür Paşazadə Ermənistanın dini lideri ilə görüşəcək - Ter Vaqram Melikyan

28.08.2017, 13:47
Allahşükür Paşazadə Ermənistanın dini lideri ilə görüşəcək - Ter Vaqram Melikyan

Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri sentyabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş keçirməyi planlaşdırırlar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistan apostol kilsəsinin mətbuat xidmətinin rəhbəri Ter Vaqram Melikyan bildirib.

"İlkin məlumatlara görə, görüş sentyabrın 8-də Moskvada keçiriləcək", - o deyib.

Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol