Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını gümüş medalla baş vurub.
"Report"un məlumatına görə, 26 yaşlı idmançı finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takotaya məğlub olub.
Yaponiyalı cüdoçu əvvəlcə vazari fəndini tətbiq edərək rəqibindən 1 xal alıb, daha sonra ipponla 3 dəqiqə 20 saniyəyə təmiz qələbə qazanıb - 11:0.
***
Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 26 yaşlı idmançı yarımfinalda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı özbəkistanlı Diyorbek Urozboyevə qalib gəlib.
Azərbaycanlı cüdoçu əvvəlcə vazari fəndini tətbiq edərək rəqibindən 1 xal alıb, daha sonra ipponla 2 dəqiqə 10 saniyəyə təmiz qələbə qazanıb - 11:0.
Onun finalda rəqibi yaponiyalı Naohişa Takota olacaq.


Şərhlər