«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Meksika hökuməti Amerika Birləşmiş Ştatları ilə sərhəddə divar tikintisinə maliyyə ayırmayacaq.
Uyğun bəyanatla Meksika xarici işlər nazirliyi (XİN) çıxış edib.
Divarın Meksika hökuməti tərəfindən tikilməsinə ABŞ Prezidenti Donald Tramp çalışır. Bazar günü o, Meksikanı «cinayətkarlığın ən yüksək səviyyədə olduğu» ölkələrdən biri adlandırıb və bu ölkə ilə sərhəddə divarın tikilməsi məsələsini yenidən gündəmə gətirib.
Sözügedən divarın tikintisi barədə fərmanı Tramp hələ yanvarın 25-də imzalayıb. Divarın uzunluğu 3 min kilometrdən artıq olmalıdır.


Şərhlər