Menu

Rusiya S-400 «Triumf» sistemi üçün 10 sifariş alıb

29.08.2017, 00:19
Rusiya S-400 «Triumf» sistemi üçün 10 sifariş alıb

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya S-400 «Triumf» raket əleyhinə sistem üçün 10 yeni sifariş alıb.

Bu barədə hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətin rəhbəri Dmitri Şuqayev «Kommersant»a danışıb.

Amma mənbə alıcıların hansı ölkələr olduğu barədə məlumat verməyib.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Türkiyəyə S-400 sistemləri satmağa hazırdır. Amma hələlik bu barədə sövdə kontraktı bağlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol