«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komissiyasının başçısı Jan-Klod Yunker hesab edir ki, dünya iqtisadiyyatında Avropa İttifaqının (Aİ) payı yaxın illərdə düşəcək. Bu fikri Yunker bu gün konfransının gedişində səsləndirib.
Avrokomissiyanın sədri qeyd edib ki, Aİ-nın iqtisadiyyatı öz sürətini itirmir, amma dünyada öz əhəmiyyətini itirir. «Biz, bu gün 23-24-25 faizlik qlobal ÜDM təqdim edirik, bir neçə ildən sonra isə aşağı düşəcəyik» - deyə, KİV-lər Yunkerdən sitat gətirirlər.
Bundan əvvəl Avrozonanın stabilləşdirmə fondunun (Stabilliyin Avropa mexanizmi) rəhbəri Klaus Reqlinq deyib ki, dünyada Avropa iqtisadiyyatının payı 2050-ci ilə 9,0 faizə qədər enəcək, bu gün isə bu göstərici 23,0 faiz təşkil edir.


Şərhlər