AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, bir gün əvvəl Birinci Pyotrun Poltava şəhərindəki (Ukrayna) abidəsinin və rus əsgərlərinin qardaşlıq məzarının üstünə boya töküblər. Abidələr «Poltava döyüşündən sonra» adlı Dövlət tarixi-mədəni qoruğu ərazisində yerləşir.
Bu barədə xəbəri bölgənin Milli polis baş idarəsinin mətbuat xidməti yayıb. İnsident barədə polisə qoruğun əməkdaşı məlumat verib.
Bundan əvvəl xəbər verilmişdi ki, avqustun 24-də Kiyevdə «ATO» qəhrəmanlarının abidəsi üzərinə boya töküblər, iki gün bundan əvvəl isə abidəni partlatmaq cəhdi olub. Monument Rusiyanın xəritəsinə «sancılmış» qılıncdan ibarətdir.


Şərhlər