Menu

Sabahdan 4 günlük tətil başlayır

31.08.2017, 10:46

TOPSHOTSSabahdan Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 günlük tətil başlayır.

“Report”un xəbərinə görə, ölkədə sentyabrın 1-dən 4-dək qeyri iş günüdür.

Belə ki, ayın 1-də və 2-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, sentyabrın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü də qeyri-iş günü olacaq.

Beləliklə, Qurban bayramı ilə əlaqədar sentyabrın 1-dən 4-dək tətil olacaq. Sentyabrın 5-i isə iş günüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol