“Qurultay seşkili orqandir. Millət kimə səslərinin çoxunu verirsə, türkün məsəli, o da, olur başbilən... ”. Bunu AzPolitika.info-ya açıqlamasında Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Yazıçılar Birliyinin keçirdiyi qurultay haqqında danışarkən deyib.

B.Vəziroğlunun fikrincə, elə bu məntiqdən çıxış etdikdə uzun illərdir AYB rəhbərliyində olan Anarın yenidən sədr seçilməsi normaq qarşılanmalıdır: “Seçki cavan-qoca, istedadlı-istedadsız, pis-yaxshı adam, iqtidar-müxalifət, aranlı-dağlı, imanlı-imansız və sairə ola bilməz. Millət kimə səslərinin çoxunu verirsə, türkün məsəli, o da, olur başbilən... Yazıq Anarın nə təqsiri var? Yazarlar ondan başqa birinin sədrliyə layiq olmadığını "günün günortası elə göz qabağında” etiraf etdilər... Elə mən də o etirafçıların içində olmaqla... Qaldı ki, Anarı kiminsə əvəz edə bilib-bilməyəcəyi məsələsinə, onu deyə bilərəm ki, bu dünyada heç kəs heç kəsi əvəz etmir və edə bilməz”.

Ülkər Musazadə