Ukraynanın indiki prezidenti Pyotr Poroşenkonu Rusiya ilə danışıqlarda ölkənin sabiq prezidenti Leonid Kuçma təmsil edəcək
Donbassda münaqişənin tənzimlənməsinə dair Avropa Birliyi və Rusiya ilə danışıalqrın aparılmasını Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin sabiq başçısı Leonid Kuçmaya həvalə edib. Bu barədə “Ukrainskaya pravda”nın Ukrayna Prezident Administrasiyasındakı mənbələri məlumat verib.
Mənbənin bildirdiyinə görə, danışıqları aparmaq məqsədilə Leonid Kuçnanı kontakt qrupa Pyotr Poroşenko göndərib.
Ukraynanın sabiq prezidenti danışıqlarda ölkənin xarici işlər naziri Pavel Klimkini əvəz edəcək, çünki nazir ölkəsinin Avropa Birliyi ilə Assosiasiya haqqında Sazişin iqtisadi hissəsinin imzalanmasının hazırlanması məqsədilə Brüsselə yola düşüb.


Şərhlər