«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, gələn həftə Cənubi Koreyanın Prezidenti Mun Çje İn Rusiyaya rəsmi səfər edəcək. Ölkə Prezidenti alministrasiyası nümayəndəsinə istinadla, «Renxap» agentliyinin yaydığı məlumata görə, Cənubi Koreyanın lideri Şərq iqtisadi forumunun işində iştirak edəcək.
«Sentyabrın 6-da gələndən (Rusiyaya - red.) sonra Prezidentin gündəliyində Putinlə ikitərəfli və genişləndirilmiş danışıqları, birgə mətbuat konfransını və mühüm ikitərəfli sazişlərin imzalanmasını nəzərdə tutan mühüm planlar olacaq» - deyə, xəbərdə bildirilir.
Bundan əvvəl, iyul ayında Putin Cənubi Koreyanın Prezidentini Vladivostoka dəvət etmişdi. Cənubi Koreya lideri də öz növbəsində, Putini Seula səfər etməyə çağırmışdı.


Şərhlər