Menu

Müdafiə Nazirliyi Ermənistan xüsusi xidmət orqanlarının planını ifşa etdi

02.09.2017, 10:29

mn Defense_Ministry_Mudafie_Nazirliyi_albomSon günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər.

Bununla bağlı Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik qeyd edib ki, Ermənistan KİV-lərində yayılmış növbəti uydurmadan da xəbərdardırlar.

“Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər”-deyə Müdafiə Nazirliyi bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol