Menu

Qəbələ meşələrindəki yanğın 80% lokallaşdırılıb - Nazirlik

02.09.2017, 13:52
Qəbələ meşələrindəki yanğın 80% lokallaşdırılıb - Nazirlik

Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğın 80% lokallaşdırılıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, yanğının söndürülməsi üçün ETSN bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib: "Yanğınla mübarizəyə ictimaiyyət nümayəndələri və rayonların meşə mühafizə xidməti işçiləri də cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Nazirliyin 200 nəfərə yaxın əməkdaşı yanğınla mübarizə aparır. Ərazi mürəkkəb olduğu üçün texnikanın işinə çətinlik yaradır".

Qeyd edək ki, Qəbələ meşələrindəki yanğın sentyabrın 1-dən başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol