AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin ardıcıl olaraq, ikinci ildir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin sentyabrın 12-də keçiriləcək iclsında iştirak etmək üçün Nyu-Yorka getməyəcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Bu tədbirdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.
Putin sonuncu dəfə BMT Baş Məclisinin iclasında 2015-ci ildə iştirak və geniş nitqlə çıxış edib.


Şərhlər