Menu

Kürdəmirdə piyada yol qəzasında ölüb

03.09.2017, 11:32
Kürdəmirdə piyada yol qəzasında ölüb

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.APA-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün gecə saatlarında rayonun Babək küçəsində qeydə alınıb.

Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Qalib Əlmusa oğlu Qasımov idarə etdiyi "Lifan" markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən piyada Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü Fikrət Məhərrəm oğlu Əsgərovu vurub. Ağır xəsarət alan F. Əsgərov hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol