Menu

Putin Çinə getdi

03.09.2017, 16:03
Putin Çinə getdi

Rusiya prezidenti Vladimir Putin Çinə gedib.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, o, BRİKS sammitində iştirak edəcək, həmçinin müxtəlif ölkələrin liderləri ilə görüşəcək.

Bazar günü Rusiyanın dövlət başçısı Çin Xalq Respublikasının lideri Si Szinpinlə danışıqlar aparacaq.

Sammitdə Putinin çıxış edəcəyi gözlənilir. Onun Koreya yarımadasında nüvə probleminin həlli üzrə birgə Rusiya-Çin sülh təşəbbüslərinin irəliləyişi üçün təkliflər verəcəyi, həmçinin BRİKS ölkələrinin liderlərini Suriyada vəziyyətin nizama salınması prosesinə qoşulmağa, ölkənin bərpasına çağıracağı bildirilir.

Bundan başqa, Vladimir Putin dünyada proteksionizmin artmasına və birtərəfli sanksiyalar təcrübəsinə qarşı fikrini bildirəcək, həmçinin Beynəlxalq Valyuta Fondunun islahatını sürətləndirməyi təklif edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol