Menu

BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək

03.09.2017, 23:21

bmt_tshABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, iclasın sentyabrın 4-də keçiriləcəyi bildirilir.

KXDR-in son nüvə sınağından sonra 5 dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət ediblər.

Qeyd edək ki, Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol