Menu

Bakıda evdən 40 min manatlıq qızıl və 5 min dollar oğurlanıb

04.09.2017, 11:55
Bakıda evdən 40 min manatlıq qızıl və 5 min dollar oğurlanıb

Bakıda evdən külli miqdarda qızıl və pul oğurlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini Reyhan Hacıbala qızı Rüstəmova polisə müraciət edərək yaşadığı evdən 40 min manatlıq qızıl və 5 min ABŞ dollarının oğurlandığını bildirib.

Daxil olan müraciət əsasında əməliyyat-axtarış tədbirləri keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol