Menu

Türkiyədə 27 terrorçu məhv edilib

04.09.2017, 23:52

pkkTürkiyədə həftə ərzində 27 terrorçu məhv edilib."Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Türkiyənin təhlükəsizlik qüvvələrinin avqustun 28-dən sentyabrın 3-dək keçirdiyi əməliyyat zamanı 6 terrorçu yaxalanıb, 10 nəfər silahı yerə qoyaraq təslim olub. Bununla yanaşı, terrorçularla əlaqədə şübhəli bilinən 285 nəfər saxlanılıb.

Əməliyyatlar zamanı həmçinin 16 atıcı silah, 9 əl qumbarası, 470 kiloqram partlayıcı maddə müsadirə olunub. Terrorçuların 9 sığınacağı məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol