Menu

Qəbələdə baş vermiş yanğının 80 faizi söndürülüb

05.09.2017, 21:43
Qəbələdə baş vermiş yanğının 80 faizi söndürülüb

Bir neçə gün əvvəl Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyinin Abrıx, Dandıx, Solquca kəndləri ətrafındakı meşə sahələrində baş vermiş yanğının 80 faizi Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının səyləri nəticəsində söndürülüb.

ETSN-in mətbuat xidmətindən musavat.com-a daxil olan məulata görə, hazırda bir-birindən aralı məsafələrdə yerləşən kiçik közərtilərin söndürülməsi işləri Dandıx-Tikanlı, Dandıx-Solquca istiqamətlərində davam etdirilir.

Xatırladaq ki, baş vermiş yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf rayonlardakı meşə müəssisələrinin, qoruq və milli parkların, o cümlədən mərkəzi aparatın əməkdaşları artıq 5 gündür ki, ərazidədir.

Təxirəsalınmaz və operativ tədbirlər davam etdirilir.

ETSN-də dəyən ziyanı dəqiqləşdirmək və nəticələri aradan qaldırmaq üçün tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol