Menu

BMT Myanmanı Arakan müsəlmanlarına vətəndaşlıq və hüquqi status verməyə çağırıb

05.09.2017, 22:28
BMT Myanmanı Arakan müsəlmanlarına vətəndaşlıq və hüquqi status verməyə çağırıb

BMT-nin baş katibi Antoniu Quterreş Myanma hakimiyyətini Rakhayn ştatının müsəlman əhalisinə hüquqi status və mümkün qədər vətəndaşlıq verməyə çağırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi jurnalistlərə açıqlamasında deyib.

"Rakhayn ştatının müsəlmanlarına onların normal həyat sürməsi üçün ya vətəndaşlıq, ya da hələlik hüquqi status vermək çox vacib olacaq", - deyə o bildirib.

Baş katib BMT-nin Myanmanı etnik qrupların hüquqlarına riayət olunan demokratik ölkə kimi görmək istədiyini qeyd edib.

"Mən Myanma hökumətini - mülki və hərbi hakimiyyəti bu zorakılığa son qoymağa çağırıram. Fikrimcə, bu, regionda sabitliyi poza biləcək vəziyyət yaradır", - deyə Quterreş bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol