Menu

Müsavat qurultayını yenə keçirməyəcək - Payıza qaldı

24.06.2014, 12:31

MusavatMüsavat Partiyasının iyunun 28-də keçirilməsi nəzərdə tutulan qurultayı təxirə salınıb.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında deyib ki, artıq partiyanın qurultayı iyunun 28-də keçirilə bilməz.

G.Aslanlı bildirib ki, Müsavat Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar partiya Məclisinin iyunun 28-də keçirilən toplantısında qəbul ediləcək. O, Müsavat Partiyasının qurultayının payıza təxirə salınmasını da istisna etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol