Menu

UEFA "Azərsun Arena"nın adını dəyişdirdi

08.09.2017, 19:32
UEFA "Azərsun Arena"nın adını dəyişdirdi

UEFA Gənclər Liqasında qrup mərhələsinin 1-ci dövrəsinin təqvimi açıqlanıb. Qol.az-ın xəbərinə görə, C qrupunda mübarizə aparan “Qarabağ”ın U-19 komandasının “Çelsi”, “Roma” və “Atletiko” ilə görüşlərinin də vaxtı və yeri müəyyənləşib.

Rəşad Sadıqovun baş məşqçi olduğu təmsilçimiz ilk olaraq İngiltərədə "Çelsi" ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:05-də başlayacaq.

Rəqiblərini “Azərsun Arena”da qəbul edəcək Ağdam klubunun meydançası rəsmən “Qarabağ” stadionu kimi tanınacaq. Çünki UEFA reklam tipli, sponsor adlarına icazə vermir.

12 sentyabr

Gənclər Liqası, Çempionlar Liqası yolu

C qrupu

1-ci tur

14:05. “Çelsi” (İngiltərə) – “Qarabağ”

Surrey. “Çelsi” Futbol Klubunun Təlim-Məşq Bazası

27 sentyabr

2-ci tur

12:00. “Qarabağ” – “Roma” (İtaliya)

Bakı. “Qarabağ” stadionu

18 oktyabr

3-cü tur

12:00. “Qarabağ” – “Atletiko” (İspaniya)

Bakı. “Qarabağ” stadionu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol