Menu

“İrma”dan sonra “Xose” qasırğası Qəraib hövzəsinə yaxınlaşır

09.09.2017, 00:11
“İrma”dan sonra “Xose” qasırğası Qəraib hövzəsinə yaxınlaşır

Atlantik okeanı üzərində formalaşmış "Xose" qasırğasının gücü beş ballıq cədvəl ilə 4 bala çatıb.

Qasırğa saatda 240 kilometr sürətlə Qəraib hövzəsinə yaxınlaşır. Qeyd edək ki, hazırda həmin bölgədə "İrma" qasırğası tüğyan edir.

Son məlumata görə, "İrma" qasırğası nəticəsində 16 nəfər həyatını itirib.

ABŞ-ın Mayami şəhərində isə "İrma" qasırğası ilə əlaqədar hava limanında 600-ə yaxın reys təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol