Menu

İngiltərədə 13 yaşlı qız ölümü ilə 8 nəfəri xilas edib

09.09.2017, 11:46
İngiltərədə 13 yaşlı qız ölümü ilə 8 nəfəri xilas edib

İngiltərədə 13 yaşında dünyasını dəyişən Jemima Layzell adlı qız 8 nəfərin həyatını xilas edib.

Lent.az xəbər verir ki, xəstəlikdən ölən 13 yaşlı qız orqanlarını 8 nəfərə bağışlayıb, onlardan 5-i uşaqdır. İngilis Milli Sağlamlıq Təşkilatı bunun rekord olduğunu bildirib.

Jemimanın ürəyi, kiçik bağırsağı üç insana köçürülüb, böyrəkləri isə iki insanın həyatını xilas edib. Qaraciyəri ikiyə bölünərək iki şəxsə, ağciyərlərindən biri başqa xəstəyə köçürülüb.

İngilis Milli Sağlamlıq Təşkilatı heç bir donorun bu cür çox sayda orqan bağışlamadığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol