Menu

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedib

09.09.2017, 13:31
Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedib

Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başlayıb. APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, Azərbaycan dövlət başçısını Astanada hava limanında Qazaxıstan baş nazirinin müavinin Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşılayıb.

Xatırladaq ki, sentyabrın 10-11-də Astanda Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiyalar üzrə sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv olan, müşahidəçi statusuna malik ölkələr və beynəlxalq təşkilatlardan 80 nümayəndə heyəti iştirak edəcək.

Həmçinin sabah Astanada EKSPO-2017 beynəlxalq sərgisinin rəsmi bağlanış mərasimi olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol