Menu

Tramp Kubaya qarşı sanksiyaların müddətini daha bir il uzatdı

09.09.2017, 18:15
Tramp Kubaya qarşı sanksiyaların müddətini daha bir il uzatdı

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb. Hazırki sanksiyaların müddəti bu il sentyabrın 14-də başa çatmalı idi.

ABŞ prezidentinin qəbul etdiyi qərara əsasən sanksiyaların müddəti 2018-ci il sentyabrın 24-dək uzadılıb.

Tramp sanksiyaların müddətinin uzadılmasının ABŞ-ın maraqlarına uyğun olduğunu bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol